Saakaşvilinin tikdirdiyi parlament binası SATIŞA ÇIXARILIR - FOTO

DÜNYA
09:01 / 08.06.2020
1267

Mixeil Saakaşvilinin dövründə inşa edilən Kutaisi parlament binası tenderə çıxarılaraq satıla bilər.

Gürcüstan mətbuatı xəbər verir ki, bu barədə jurnalistlərin sualına cavab verən baş nazir Giorgi Qaxaria açıqlama verib.

Kutaisidə yerləşən parlament binası öz fəaliyyətini dayandırdıqdan sonra, onun hansı məqsədlə istifadə olunacağına dair müxtəlif fikirlər səslənirdi. Baş nazir Giorgi Qaxaria jurnalistlərə verdiyi musahibəsi zamanı ən alternativ yolun həmin binanın tenderə çıxarılması olduğunu bildirib.

"Bundan əvvəl Kutaisidəki parlament binasına bir neçə təklif olunmuşdur. Düzdür oranı polis binası etmək fikirləri də müzakirə olunur, lakin bunun üçün külli miqdarda pul lazımdır. Ona görə də düşünürəm ki, oranı tenderə çıxarmaq daha da məntiqli olar", - deyə baş nazir bildirib.

Qeyd edək ki, 2018 ci ildə edilən konstitusiya dəyişikliyindən sonra, parlament öz fəaliyyətini Kutaisidə dayandıraraq, Tbilisidə yerləşən binaya köçürülüb.

0
Publika.az