Amerikanı çalxalayan zəng: Putin Trampı necə yoldan çıxardı?

11:06 / 08.06.2020
1960

Qaradərili Corc Floydun öldürülməsinə, bu irqdən olan saysız-hesabsız digər insanlara polis tərəfindən edilən hücumlara etiraz olaraq, ölkənin hər yerindən on minlərlə amerikalı küçələrə çıxdı. Hökumətin bu etirazlara verdiyi reaksiya - döyülmə, gözyaşardıcı qaz və silah səsləri amerikalıları şoka saldı: belə səhnələri yalnız xaricdən gələn xəbərlərdə oxumuşdular, ancaq öz ölkələrində görülə biləcəyinə inanmaq istəmirdilər.

Əvvəlcə, Prezident Donald Trampın böyüyən böhrana necə reaksiya verəcəyi bilinmirdi. Ötən həftə nümayişçilər Ağ Evin divarlarında polislə toqquşduqda, hətta prezident bunkerə geri çəkildi. Lakin onun Vladimir Putinlə telefonla danışığı iddiasının ortaya çıxmasından sonra Tramp etirazları ən sərt şəkildə dayandırmaq vədinə geri qayıtdı. Gül bağında etdiyi çıxışında qubernatorlara istehza edərək, bütün ölkəni hərbi zorakılıqla hədələdi.

Ruslar və amerikalılar

Əlbəttə, Putin kütləvi iğtişaşların qarşısını almaq sənətində peşəkardır. 1989-cu ildə Sovet İttifaqı dağılma prosesinə girəndə gələcək Rusiya Prezidenti Drezdendə bir KQB zabiti idi. Lakin həmin dönəmdə nümayişçilər Drezdendəki SSRİ konsulluğuna basqın edəndə Putinin fəal olmadığı iddia edildi, axı Moskva da susurdu. 20 il əvvəl Rusiyada hakimiyyətə gələn Putin çox sayda etiraz nümayişini ən sərt şəkildə darmadağın edib. Ən yüksək səsini isə 2011-ci ildə çıxardı. Putin müxalifətin keçirdiyi nümayişlərin qarşısının zorakılıqla alınması haqda bunları dedi: “Rusiya dövlətinin mövcudluğu məsələsi gündəmə gətirildi. Əlbəttə ki, vintləri bərkitməli və müəyyən sərt tənzimləmə mexanizmlərini tətbiq etməliydik”.

Tramp da eyni şeyi etməyə, yaxud ABŞ-ı Rusiyanın simasında “yeniləməyə” çalışır. Elə amerikalıların özləri də getdikcə ruslara bənzəyirlər. Fransız politoloq Aleksis Tokvil fərqli mənbələr və eyni məqsədə can atmalarına baxmayaraq, ABŞ və Rusiyanın müasirliyin hərəkətverici qüvvəsi olduğuna inanır. Bəlkə də haqlıdır.

Ruslara çoxdan məlum olan problemlər - şəxsiyyət böhranı, dərin düşünülmüş siyasi laqeydlik, hər cür sui-istifadə və intihar səbəbiylə ömrün azalması da XX əsrin ikinci yarısında uğur zirvəsinə çatan Amerikanın üzərinə düşdü. Bu gün bir çox amerikalı bir çox rus kimi - ideal keçmiş üçün sevinməyi üstün tutaraq, indiki problemləri düşünməkdən yorulur. Amerikalılar getdikcə rusların böyük əksəriyyəti kimi artıq siyasətlə maraqlanmır, bunun heç bir şəkildə onlara aid olmadığına və hər halda heç nəyə təsir edə bilməyəcəyinə inanır.

Siyasət və ailə

Politoloqların fikrincə, Rusiya çoxdan etibarının aşağı olduğu bir cəmiyyətə çevrilib və ABŞ sürətlə buna can atır. Bu cür cəmiyyətlər dərin sosial etibarsızlıq və hər hansı bir əməkdaşlığın əsası olaraq ailə, qohumluq əlaqələrinə vurğu ilə xarakterizə olunur. Bu da öz növbəsində əcnəbilərdə inamsızlığa səbəb olur. Bunlar siyasətdəki korrupsiyanın demək olar ki, mistik rolu ilə xarakterizə olunur: müxtəlif növ xeyriyyə təşkilatlarında fəal iştirak edir və onlarla hər cür əlaqədə olur, insanlar isə onları qanunsuz və korrupsioner hesab edirlər.

Bir tarixçinin dediyi kimi: “Birinin üstünlüyü yalnız öz ailəsinin hesabına təmin edilə bilər. Buna görə də mərhəmət, başqalarına ədalətdən daha çox şey verdiyiniz zaman yolverilməz bir lüksdür. Şübhə ailədən olmayanlara qarşı münasib bir düşüncə sayılır”.

Rusiya və Amerika bir-birinə sıx bağlıdır, çünki düşməni özlərinin əksi kimi görürlər. Həqiqətən bir neçə ürküdücü oxşarlıqları var.

Dilə gətirilməmiş ehtimallar

Birincisi, hər ikisi Avropaya əks qütblərdə dayanmış, yəni, müasir sivilizasiyanın kənarında - vəhşi xalqların yaşadığı ölkələr kimi qəbul olunurdu. Zaman keçdikcə hər ikisi kontinental imperiyalara çevrildi. Rusiya bütün Avrasiya çöllərini fəth edərək Şərqə doğru genişləndi və Avrasiya siyasətinin minillik mexanizminin təkərlərindən yapışdı. Amerika Qərbə doğru genişlənərək, bütün yerli əhalini boyun əydirdi və ya məhv etdi, bütün yarımkürədə dünyanın ilk supergücünə çevrildi.

Hər ikisi inqilabda dünyaya gəldi. Rusiya özünü ABŞ kimi multikultural ölkə hesab edə bilməz, amma Moskva həmişə ən çox qorxduğu rəqiblərinin fərqli xüsusiyyətlərini mənimsəmiş süni dövlətə çevrildi. Halbuki, fransız mütləqiyyətinə qədər pravoslavlıq, kommunizm kimi yeni hesab edilən ideologiyalar və hətta, araq Kiyev-Rus dövlətində ortaya çıxmışdı.

Amerikanın dirçəlmiş millətçiliyi və Rusiyanın postsovet məğlubiyyəti kompleksi tarixçi İsaya Berlinin “yaralı şüur” adlandırdıqlarına misaldır. Bu cür yaralar gerçəkliyin anlayışımıza uyğun gəlmədiyi zaman yaranır və bütün xalqlar asan həll yolları təklif edən, kimin günahlandırılacağını hər zaman bilən və özünə güvənən demaqoqların qurbanı olurlar.

Şər imperiyasının çöküşü

Mixail Qorbaçov 1991-ci ilin dekabrında Sovet İttifaqını dağıdanda, demək olar ki, bir əsrdir qlobal nizamın konturlarını müəyyənləşdirən sosial-mədəni aysberq birdən-birə əriyərək dəyişikliklər axınına çevrildi. Bu daşqın tez bir zamanda Rusiyanın siyasi mənzərəsini su altında qoydu, köhnəni yuyub yerində bir yığın zibil saxladı. Sevincli Qərb təhlilçiləri “şər imperiyası” adlandırdıqları ittifaqın qəfil çöküşünü ədalətli nəticə hesab etdilər, amma Şərqi Avropadan fərqli olaraq, Rusiyada azadlıq hissi və rəngarənglik yox idi.

Sirr deyil ki, Putin SSRİ-nin dağılmasını “XX əsrin ən böyük geosiyasi fəlakəti” adlandırmışdı. Bu, çox şey deyir və xarakterik olaraq rusların böyük əksəriyyəti onunla razıdır. Ruslara görə, 1990-cı illər xaos və təhqir edilmə dövrü idi. Hökumət xidmətlərini dayandırdı, cinayətlər başlandı və əsarət altında olan respublikalar bir-bir Rusiyanın orbitindən uzaqlaşdılar. Utanmış Moskvanın baş verənləri səssizcə müşahidə etməkdən başqa çarəsi qalmadı.

Təvazökar və çaşqın postsovet Rusiyası bəlkə də Qərblə üz-üzə gəlməyə hazır idi. Lakin ABŞ məğlub olan düşmənə çox səxavət göstərmədi və sovet liderlərinin praktik olaraq müraciət etdikləri yeni “Marşal planı” işləmədi. Bunun əvəzinə, rus imperiyasının əsarətindən azad olmuş respublikaları azad bazara buraxdılar.

Sovet adamı

1990-cı illərdə Rusiya demək olar ki, maneəsiz böyümə müjdəsini təbliğ edən menecerlər və maliyyə mütəxəssisləri tərəfindən işğal edildi. Yıxılmış sovet bürokratiyası şok terapiyası və ya özəlləşdirmə siyasəti ilə aradan qaldırıldı. Bu, nəhayət, on illərlə vətəndaşlarının həyatının bütün sahələrinə müdaxilə edən təcavüzkar bir dövlətin kövrək aparatını məhv etdi. Nəticəsi daimi işsizlik, hiperinflyasiya və itirilən əmək haqları oldu. Rusiya sürətlə klan kapitalizmi ilə neo-feodalist kleptokratiyaya çevrildi. Ruslar siniflərə bölündü.

Rusiyada hər kəs özünü yalanla əhatə etdiyini hiss edir. İndi Rusiyanın köməyi olmadan bu hiss Amerikaya çatdı. On illərlə kommunist idarəçiliyi altında olan ruslar ehtiyatlı olmağa və özünü qoruma instinktini göstərməyə öyrəşdilər - axı sovet aparatı istədiyini edirdi. Partiya xəttinin əks tərəfində olmaq təhlükəli idi.

Bu tip bir vətəndaş üçün belə bir ad var: homo sovetikus, yəni, sovet adamı – rusların öz dili ilə desək, “cəsarətli, yalançı və istənilən prinsipdən məhrum”. Rusiya adamı bu gün bir az dəyişsə də, yenə də özünü etibarsız və həssas hiss edir. Həm də o, qonşusuna qarşı təcavüzkardır, çünki dünyada qəbul edilmiş qaydaları təyin edən qurumları yoxdur.

Bu cəfəng düşüncə rusları bütün dünyanın onlara qarşı olduğuna və dəyişikliyin mümkünsüz olduğuna inandıran sui-qəsd nəzəriyyələrindən qaynaqlanır. Güclü və qaranlıq qüvvələrin hakim olduğu bir dünyada insanlar onları qorumağı vəd edən liderlərə yaxınlaşırlar. Məhz bu yaralı şüurun hökm sürdüyü bir cəmiyyətdə Putin – “Cənab heç kim” ayağa qalxdı.

Rusiyada onun böyüklüyünü yenidən bərpa edə biləcək bir lider yox idi, ona görə icad edilməli idi. Kremlin çoxillik siyasi strateqi olan Vladislav Surkov Rusiya tarixinin məzarlarını açdı: irqçilik, nostalgiya və yatmış itaətkar ruhları canlandırdı və ümidsiz rusların tələblərini yerinə yetirmək üçün bir lider yaratdı. Cüdo ustasından tutmuş kovboy və velosipedçiyə qədər Putinin cəsarətli portretini çəkdi.

“Mədəni borc”

Bu gün bir çox amerikalı siyasi müxaliflərin özlərinin yaratdıqları köpüklərin içərisində yaşadıqlarına, yanlış məlumatlara və manipulyasiyalara həssas olduqlarına inanır. Məhz bu məqsədlə Rusiya dövləti mövcud medianın ekosistemini parçaladı və Moskvanın ölkə daxilindəki qüdrətini qorumaq və xaricdəki rejimin əleyhdarlarını sıradan çıxarmaq üçün hazırlanmış vahid idarəedici nəşrlər şəbəkəsini qurdu.

Son otuz ildə Amerikanın ictimai strukturlara inamı azalmaqdadır - elmə, mediaya, hətta bir-birinə. Amerikalılar həmişə bir az dəli olsalar da, indi daha pərakəndə, qəzəbli və qorxaqdırlar - buna görə demaqoqların ovuna çevrildilər.

Putin Rusiya avtokratiyasını canlandırmağa çalışarkən, ABŞ özünə xəyanət edir. Moskva əvvəllər Qərbi təqlid edirdisə, indi amerikalılar sovet üslubunda vəhşi nepotizm və “alternativ faktlar”la dolu putinçilik mövzusunda kollaj qururlar. Geriyə nəzər yetirsək, son zamanlarda Rusiyadan götürülən “mədəni borc”un Qərbin ən uğurlu silahına - sərbəst bazar və reklama qarşı istifadə olunması təəccüblü deyil.

Güzgüdə əks olunan cisimlər göründüklərindən daha yaxındır.

Qeyd: məqalənin müəllifi Zaxari Tayson Braun Trümen Milli Təhlükəsizlik layihəsinin mütəxəssisi və Müharibə Yazıçılar Gildiyasının idarə heyətinin üzvüdür. ABŞ Milli Kəşfiyyat Universitetinin məzunudur.

0
Teleqraf.com