“Forbes” milyarderlərin itkilərini açıqladı

DÜNYA
05:27 / 13.05.2020
1595

Koronavirusun təsiri ilə bu ilin I rübündə dünyanın ən zəngin insanlarının sərvəti, ilin əvvəli ilə müqayisədə 700 milyard ABŞ dolları və ya 8,1% azalaraq 8 trilyon ABŞ dollara enib.

Bu barədə ABŞ-ın "Forbes" jurnalının "Dünyanın ən varlı insanları" araşdırmasında bildirilib.

Məlumata görə, ən zəngin insanların siyahısına ABŞ-ın "Amazon" şirkətinin sahibi Ceff Bezos başçılıq edir. Onun şirkətinin səhmləri ilin əvvəlinə nisbətən 15% artaraq 113 milyard ABŞ dolları olub. Növbəti pillələrdə 104,1 milyard ABŞ dolları məbləğində sərvətlə "Microsoft" rəhbəri Bill Gates və 91,4 milyard ABŞ dolları ilə Fransanın "LVMH" şirkətinin sahibi Bernard Arnault qərarlaşıb.

Bundan başqa, siyahıda ümumilikdə 241 qadın milyarder yer alıb. Dünyanın ən zəngin qadını "Walmart" varisi Alice Valton isə 54,4 milyard ABŞ dolları ilə 9-cu sırada qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov isə 19,2 milyard ABŞ dollarla 53 sırada qərarlaşıb.

9
Milli.az