34 il əvvəl sui-qəsd nəticəsində qətlə yetirilən İsveçin keçmiş Baş Naziri Olaf Palmenin qətl şübhəlisi müəyyənləşdirilib.
“Qafqazinfo” İsveç mətbuatına istinadən xəbər verir ki, Palmenin sui-qəsdi üzrə istintaqa rəhbərlik edən Baş prokuror Krister Petersson mətbuata açıqlamasında şübhəlinin 2000-ci ildə vəfat etmiş Stiq Engström olduğunu açıqlayıb.
Petersson həmin şəxsin dindirilmək imkanı olmadığı üçün cinayət işini bağlamalı olduqlarını bildirib.
Qeyd edək ki, O. Palme 28 fevral 1986-cı il tarixində kinoteatrdan çıxarkən sui-qəsd hücumu nəticəsində qətlə yetirilib. Hücum zamanı onunla birlikdə olan xanımı Lisbet Palme də yaralanıb.