"Türk Hava Yolları" beynəlxalq uçuşları bərpa etdi

DÜNYA
11:10 / 11.06.2020
1466

Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" (THY) şirkəti bu gündən İstanbul hava limanından beynəlxalq uçuşları bərpa edib.

“Report” türk mətbuatına istinadən xəbər verir ki, aviaşirkət ilk olaraq Almaniyanın Düseldorf, Munhen və Frankfurt şəhərlərinə, Böyük Britaniyanın paytaxtı Londona və Niderlandın paytaxtı Niderlanda reyslər yerinə yetirib.

İlk uçuş saat 08:20-də reallaşıb.

Xatırladaq ki, Türkiyədə  koronavirus pandemiyasının (COVID-19)  geniş yayılmasının qarşısını almaq üçün bu ilin aprel ayından daxili və beynəlxalq istiqamətlərdə uçuşlar dayandırılıb. 

0