ABŞ Konqresinin Nümayəndələr Palatasında milli təhlükəsizlik və xarici siyasət üzrə Respublikaçılar fraksiyasının işçi qrupu Amerika maraqlarını beynəlxalq aləmdə tanıtmaq üçün yeni strategiya hazırlayıb.
HİT.Az xəbər verir ki, Cebhe.info-nun məlumatına görə, sənəd Rusiya ilə münasibətdə olduqca sərt və qarşıdurma tərzini əks etdirir.
Respublikaçılar sıralarındakı qatı mühafizəkar cərəyanı təmsil edənlər prezident Trampdan ABŞ liderliyinə əsaslanan dünya nizamını müdafiə edərək Rusiyaya qarşı çıxmasını tələb edib. Konqresmenlər Rusiyanın neft və qaz şirkətlərinə və layihələrinə, böyük iş adamlarına və banklarına qarşı sanksiyaların tətbiqinivə onları terrorizmin sponsorları siyahısına daxil edilməsini təklif ediblər.
Bundan başqa strateji sənəddə Rusiyanı "Swift" beynəlxalq ödəmə sistemindən çıxarmaq, ABŞ-dakı seçki prosesinə müdaxilə etdidyinə görə cəzalandırmaq təklif olunur. Respublikaçılar NATO müstəvisində qarşıdurmanın gündəliyini gücləndirməyi, Gürcüstan və Ukrayna ilə hərbi əməkdaşlığı fəallaşdırmağı təklif edir. İşçi qrupu Moskva ilə dialoq seçimini rədd edir.