Türkiyə Milli Təhlükəsizlik Təşkilatı və Jandarma komandirliyi birgə 81 vilayətdə “Hüzurlu küçələr tətbiqi” adlı yoxlama işləri aparıb.
Cebhe.info xəbər verir ki, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
11 min 771 qarışıq qrupun, 222 detektor itinin və 49 min 400 personalın qatıldığı tətbiqetmədə, yeni nəzarət edilən ictimai həyat ilə bərabər maska və məsafə qaydaları, xüsusən də restoran, kafe, emalatxana, qəhvəxana, çayxana, park, bağça, istirahət sahələri, çimərliklər, internet kafe, playstation və başqa ictimai yerlərdə gigiyenik iş saatı kimi müəyyən edilmiş tədbirlərin görülüb-görülmədiyi yoxlanılıb.
Tətbiq nəticəsində 371 min 383 nəfər yoxlanılıb və axtarışda olan 935 nəfər tutulub, 51 nəfər isə nəzarətə alınıb.
Sosial məsafə qaydalarının pozulmasından 704, komendant saatı tətbiq olunan və icazə verilən saatlar xaricində küçəyə çıxan 18 yaşdan az 34 nəfər və 65 yaşdan yuxarı 7 nəfər, digər qanun pozuntusundan isə 434 nəfər olmaqla, cəmi 1179 nəfərə inzibati cəza verilib. Bundan başqa, 75 şəxsə məhkəmə işi başladılmaqla cəmi 254 nəfərə məhkəmə və inzibati işlər açılıb.
Yoxlamalar zamanı 148 min 219 nəqliyyat vasitəsi yoxlanılıb və 5 348 nəqliyyat vasitəsinə inzibati cərimələr tətbiq edilib. 722 nəqliyyat vasitəsinin hərəkəti qadağan edilərkən, axtarışda olan 18 nəqliyyat vasitəsi də tutulub.
Ölkədə eyni vaxtda tətbiq edilən yoxlamada 63 min 139 iş yeri yoxlanılarkən, işlətmə qadağasını pozan 3, müəyyən olunmuş iş vaxtından sonra fəaliyyət göstərən 17, sosial məsafə qaydasını tətbiq etməyən 13 və digər qanun pozuntularına görə 47 olmaqla, 80 iş adamına inzibati cəza tətbiq olunub.
Bundan əlavə, yoxlamalar zamanı 7 tapança, 7 ov tüfəngi, 60 güllə mərmisi, 5 kəsici - deşici alət, 4 ədəd rəng atan tapança, 0,94 qram kokain, 26,6 qram heroin, 73,7 qram nəşə, 902,2 qram metamfetamin, 6 uyuşdurucu dərman həbi, 630 paket qaçaq siqaret, 12 min 955 makaron və 2 kiloqram qaçaq tütün ələ keçirilib.
Əli Bədir
Cebhe.info