Avropa 15 iyundan etibarən Şengen normalarına qayıdacaq
Almaniya kansleri Angela Merkelin Fransa prezidenti Emmanuel Makron və Avstriyanın Baş naziri Sebestian Kurzla yeni koronavirus pandemiyası kontekstində sərhədlər məsələsinin müzakirəsinə həsr olunan görüşü baş tutub.
Hit.az xəbər verir ki, Baş nazir Merkel, qonşu ölkələrdə koronavirusun yoluxma dərəcəsini nəzərdən keçirməyin və Şengen normalarına qayıtmaq üçün lazımi qaydalara riayət etməyin vacib olduğunu bildirib.
O, sərhədlərin tədricən Federal Daxili İşlər Nazirliyi tərəfindən açılacağını qeyd edib: “Gələn həftədən etibarən ölkədə bununla bağlı sınaqlara başlanılacaq və 15 iyundan sonra sərhədlərdə nəzarət olmayacaq”.