Rusiya prezidenti Vladimir Putin aprelin əvvəllərindən bəri ilk dəfə ictimaiyyət önünə çıxıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, Poklonnaya dağında Rusiya dövlət bayrağının qaldırılması mərasiminə qatılıb.
Rusiya günü münasibətilə o, bir qrup şəxsə Əmək Qəhrəmanları medallarını təqdim edib. Putin aprelin əvvəllərində distant iş rejiminə keçmişdi və bu dövrdə Kremldən kənarda heç bir görüş keçirməmişdi.
Modern.az