Trampın sirrini mətbuata sızdıran şəxs Ağ Evdən qovuldu - Foto

DÜNYA
18:23 / 13.06.2020
1408

Bu haqda Ağ Ev məlumat yayıb...

Ağ Ev Dəftərxanasının müdri Mark Meadovs ABŞ prezidenti Donald Trampın ötən ay sosial media platformaları ilə bağlı imzaladığı sənəd barədə informasiyanı rəhbərliklə razılaşmadan mətbuata sızdıran əməkdaşın işdən qovulduğunu bildirib.

Xatırladaq ki, Meadovs Texasın demokrat senatoru Ted Qruzun televiziya proqramında Trampın “Tvitter”lə gərginləşən münasibətlərindən sonra prezidentin sosial platformaları ilə bağlı qərarına reaksiya verib.

Trampın sosial şəbəkələrlə bağlı qərarının imzalanma mərasimindən əvvəl mətbuata sızdırıldığını deyən Dəftərxana müdri əlavə edib ki, məlum qərarın sürətini bir anda “Nyu York Times” qəzetində görüblər: “Bu hadisə administrasiya ilə eyni fikirdə olmayan birinin adını çəkdiyim qəzetə xidməti idi. Bu şəxsi axtardığımızı və onun kimliyini müəyyən etdiyimizi deməkdən məmnuniyyət duyuram. Bu adam artıq federal hökumət strukturlarında işləmir”.

Ağ Ev rəsmisi əlavə edib ki, “Youtube” və “Tvitter” kimi sosial platformalar müəyyən məsələlərdə məsuliyyət daşıdığını anlamalıdır.

Qeyd edək ki, “Tvitter”in son günlərdə sosial media platformalarında dezinformasiya yayılmasının qarşısını kəsmək üçün informasiyanı təsdiq etməyi vacib saymış və bununla bağlı martın 26-da Trampın Kaliforniya əyalətində atdığı tviti bloklayıb. Bundan az sonra prezident Tramp “Tvitter”i “2020-ci il seçkilərinə müdaxilədə” ittiham edib.

“Demokratların sosial media platformalarında mühafizəkar səsləri susdurmaq üçün çalışdıqları hiss olunur. Buna imkan verməyəcəyik. Ya bu platformalara güclü nəzarət həyata keçiriləcək, ya da qapadacağıq”, - Tramp açıqlamasında qeyd edib.

Mayın 28-də isə Tramp sosial media platformalarının paylaşımlarına hüquqi baxımdan məsuliyyət daşıdığını nəzərdə tutan qanun imzalayıb.

Bundan sonra Tramp elan edib ki, hüquqi imkanı olsa “Tvitter”i qapadardı.

Reyting.az

0