Donald Tramp hakimiyyəti ABŞ-da "LGBT fərdlərinə" tibb sahəsində "ayrıseçkilik edilməməsi" üçün təşkil edilən mühafizənin ləğv olunması ilə bağlı qərar qəbul edib.
Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Səhiyyə və Humanitar Yardım Nazirliyi məlumat yayıb. Bildirilib ki, cinsiyyət sözünün əsas mənası bioloji olaraq müəyyənləşmiş qadın və kişi cinsiyyətləridir. Hökumətin cinsiyyət ayrımı da buna bağlı olacaqdır.
Bildirək ki, dindar tibb işçilərinin özlərinə və inanclarına tərs şəxsləri müalicə etməyi rədd etmə haqqını tələb etməsi əsasında Tramp idarəçiliyinin bu qərarı verməyi onsuz da gözlənilirdi.
Xatırladaq ki, Barak Obamanın prezidentliyi dövründə yayımlanan bir qərarla həkimlərin şəxsləri onların cinsi statuslar səbəbilə müalicə etməkdən imtina etməsi qadağan idi.