Zirəddin Rzayev məşhur aktyorun gələcəyi ilə bağlı gördüklərindən danışdı

DÜNYA
09:25 / 14.06.2020
1761

Azərbaycanlı ekstrasens Zirəddin Rzayev Moskvada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş Rusiyanın əməkdar artisti Mixail Yefremovun gələcək taleyindən danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, ekstrasens Yefremovun gələcəyi ilə bağlı gördüklərini öz "Instagram" səhifəsində paylaşıb.

"Mixail Yefremovla bağlı vəziyyət çox xoşagəlməzdir, amma kənardan mühakimə etmək həmişə asandır. Kimsə "qoy buraxsınlar" yazır, kimsə isə əksinə. Mən öz fikirlərimi sizinlə bölüşməyəcəyəm, amma gördüklərim haqqında danışacağam. Ona həbs müddəti veriləcək, o həbsdə olacaq, ancaq müddət qısa olacaq. Təxminən il yarım və ya iki il sonra azadlıqda olacaq. Aktyor buna çox sevinə bilməyəcək, çünki xəstəxanaya düşəcək", - Rzayev qeyd edib.

Xatırladaq ki, iyunun 8-də məşhur aktyor sərxoş vəziyyətdə Moskvanın mərkəzində avtomobil qəzası törədib. Hadisə Smolensk meydanında baş verib. "Jeep Grand Cherokee" avtomobilinin sükanı arxasında olan Yefremov qarşıdan gələn hərəkət zolağına çıxıb və "Lada" furqonu ilə toqquşub.

Yol-nəqliyyat hadisəsində zərər çəkmiş "Lada"nın sürücüsü xəstəxanada vəfat edib.

Yefremova qarşı cinayət işi açılıb və o, 12 ilə qədər həbs oluna bilər.

Zirəddin Rzayev azərbaycanlı ekstrasensidir, "Ekstrasenslərin Döyüşü" şousunun altıncı mövsümünün finalçısıdır. O, təhsilinə görə həkimdir. Zirəddin Rzayev hazırda Moskvada yaşayır və işləyir, müxtəlif verilişlərdə iştirak edir.

0
Sputnik.az