Gənc futbolçu son qolunu \"tabutu ilə vurdu\" - VİDEO

22:33 / 14.06.2020
1237

Meksikada polis tərəfindən öldürülən gənc futbolçu Aleksandr Qomez bu gün dəfn edilir.

“HaberGlobal” məlumat verir ki, iyunun 9-da polisin silahla vurub öldürdüyü A.Qomez üçün dəfn mərasimi təşkil edilib.

Mərasimdə dostları Qomezin son qolunu “tabutu ilə vurublar”. Bundan sonra onlar gənc futbolçunun tabutunu qucaqlayaraq, onun “son qol”unu alqışlayıblar.

Qeyd edilir ki, polis Qomezi cinayətkarla səhv salaraq saxlamaq istədiyi vaxt futbolçu təslim olmayıb. Bu vaxt asayiş keşikçisi atəş açaraq onu öldürüb. Ekspertizanın gəldiyi rəyə görə, gənc başından aldığı güllə yarasından həyatını itirib.

0
Oxu.az