Lavrovun Türkiyə səfərinə MOSSAD mane olub?

DÜNYA
19:24 / 14.06.2020
1246

Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqunun Türkiyəyə səfərinin təxirə salınmasının arxasında İsrail dayanır.

Bu iddia ilə türkiyəli yazar Murad Akan çıxış edib.

“Rusiya XİN başçısı Lavrov və Rusiya Müdafiə naziri Sergey Şoyqunun İstanbul səfəri təxirə salındı. Səfər ruslar tərəfindən təxirə salınıb. Niyə? İsrail Rusiyanın Liviya məsələsində Türkiyə ilə razılaşmasını istəmir. Haftarı Moskvada razılaşma masasından qaçıran da MOSSAD idi”, - yazar bildirib.

0
Axar.az