ABŞ prezidenti Donald Tramp Nyu-York yaxınlığındakı Vest-Pointdə bir akademiyanın məzun gününə qatılıb.
Metbuat.az xəbər verir ki, Trampın buradakı çıxışı zamanı su içərkən çətinlik çəkməsi diqqətləri bu detalın üzərinə toplayıb. Su stəkanını yerindən qaldıran lakin ağzına qaldırmaqda çətinlik çəkən ABŞ lideri sol əlindən yardım almalı olub.
Mütəxəssislər bunun beyində olan bir problemdən qaynaqlandığını, qalıcı nevroloji bir işarət olduğunu deyiblər.
Trampın preziden seçkilərindəki rəqibi Co Baydenin ən böyük tərəfdarı olan Con Koper bununla bağlı özünün "Tvitter" hesabında qeyd edib:
"Son ortaya çıxan görüntülər Trampın tibbi olaraq problemlərinin olduğunu aşkar şəkildə göstərir. Yerimə forması, bir stəkan suyu tuta bilməməsi, qarışıq nitqi və düşüncələrindəki labirint. "Ağ Ev" nəyi gizlədir?"