Corc Floydun qızı "Disney"in səhmdarı oldu (FOTO)

DÜNYA
16:01 / 15.06.2020
935

Minneapolis şəhərində polis zorakılığı nəticəsində ölən afroamerikalı Corc Floydun qızı Ciannaya ABŞ “Disney” şirkətinin səhmləri hədiyyə edilib.

Bu barədə Cianna Floyd “Instagram” hesabında paylaşım edib.

Səhmləri ona məşhur müğənni və aktrisa Barbra Streyzand verib. Paylaşımında altı yaşlı qız aktrisaya minnətdarlığını bildirib.

“İndi sizin sayənizdə “Disney”in səhmdarıyam”, - deyə C.Floyd yazıb.



0
Oxu.az