Vitse-spikerliyi buraxıb həkim oldu - Koronavirusa görə

DÜNYA
15:30 / 13.05.2020
1697
Polşa Senatının vitse-spikeri, peşəsi üzrə cərrah Stanislav Karçevski koronavirus pandemiyası zamanı həkim kimi işləmək üçün vəzifəsindən istefa edib.

Hit.Az xəbər verir ki, o, indi həkim olaraq fəaliyyət göstərməyin daha vacib olduğunu vurğulayıb: “Mən bu gün öz vəzifəmdən istefa edirəm. Peşəmə qayıdıram, amma siyasətdən getmirəm. Canavar meşəyə hücum çəkir və mən özümü suda balıq kimi hiss edirəm. Həkim kimi işimə davam edəcəm, bu, daha vacibdir”.
 
Son məlumatlara görə, Polşada COVID-19-a yoluxanların sayı 17 062 nəfərdir. Virusa yoluxan 847 nəfər dünyasını dəyişib.
0