Əsəd və Rusiya ilə bağlı kritik qərar

DÜNYA
22:13 / 17.06.2020
1357

“Donald Tramp administrasiyası Əsəd rejiminin hərbi müvəfəqiyyət qazanmasının qarşısını almaq, rejim və müttəfiqlərinin BMT-nin patronajlığı altında keçirilən dialoqa qaytarmaq üçün prinsipial addımlar atacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft açıqlama verib.

ABŞ-ın Əsəd rejimini qətliam və insan haqlarını pozmaq üçün istifadə etdiyi maliyyə mənbələrindən məhrum etməyi planlaşdırdığını deyən Kraft, bununla dialoqa mane olan əngəllərin aradan qalxacağını bildirib.

Diplomat sanksiyaların “'Sezar qanunu” əsasında tətbiq olunacağını, bununla Əsəd rejimini dəstəkləyən müttəfiqlərini (Rusiya, İran və s.) hədəflərindən yayındırmağı planlaşdırdıqlarını da diqqətə çatdırıb.

0
Teleqraf.com