Putin iqamətgahında koronavirusdan belə qorunur

21:38 / 17.06.2020
1284

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin “Novo-Oqarevo”dakı iqamətgahında koronavirusdan qorunmaq məqsədilə dezinfeksiya tuneli quraşdırılıb.

APA-nın rbc.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Penza Vilayəti Administrasiyası məlumat yayıb.

Məlumatda tunelin Penzada yerləşən şirkət tərəfindən hazırlandığı bildirilir.

Şirkətdən bildirilib ki, dezinfeksiya tuneli ölkənin birinci şəxsinin və onu ziyarət edəcək qonaqların koronavirusdan qorunmasını təmin edəcək.

1