ABŞ-ın birinci xanımı həyat yoldaşı ilə eyni masada heç vaxt nahar etmir, ancaq onunla birlikdə “Küləklə sovrulanlar” filmini izləməyi sevir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, prezidentin həyat yoldaşı haqqında kitab yazan “Washington Post”un jurnalisti Meri Cordan Melaniya Tramp haqqında yeni fakt paylaşıb. Sözügedən faktlar “Daily Mail”də yayımlanıb.
Müəllif iddia edir ki, bir dəfə Melaniya “kiçik əlləri olduğu üçün Trampın kişilik qabiliyyətləri” barədə zarafat edən dostları qarşısında ərinin şərəfini qorumalı olub.
“Bunu deməyin - o əsl kişidir”, - Melaniya cavab verib.
“Playboy” modeli Karen Makduqal ilə yaşanan qalmaqal evliliklərinin ən çətin günləri olub. Bu, 2016-cı ildə seçki ərəfəsində baş verib. Tramp model və porno ulduz ilə yaxın münasibətdə olmaqda günahlandırılırdı. Bundan sonra Melaniya təzyiqlərə dözə bilmədiyi üçün ərindən ayrılaraq hotelə köçmüşdü.
“Birinci xanım qonşusu, keçmiş məşhur fotoqrafa müraciət etmişdi ki, konfrans zamanı şəkillərin uğurlu alınması üçün Trampa poza verməyi öyrətsin. O, foto çəkilən zaman ərinə üzünü sıxmağı, çənəsini qaldırmağı və dilini göyə qaldırmağı tövsiyə edib. Melaniya Donalda tapşırırdı ki, şəkildəki başqalarından bir az uzaqlaşsın, çünki bu, onu daha arıq göstərəcək.
Onlar ayrı yataq otağında yatırlar, Tramp tünd xalçaları və divarları sevir, Melaniya isə ağ və açıq rənglərə üstünlük verir”.
Kitab müəllifi yazır ki, dövlət başçısı səhər saat 5-də oyanır və dərhal televizoru yandırır.