Rusiyada Nasist Almaniyasının İkinci Dünya Müharibəsində Sovet qüvvələrinə qarşı məğlubiyyətinin 75-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Qələbənin 75-ci ildönümü koronavirusa görə məhdudlaşdırılmış formada təşkil olunub.
Rusiyanın paytaxtı Moskvadakı Qırmızı Meydanda koronavirus epidemiyasına baxmayaraq, 9 May Qələbə Günü münasibətilə hərbi parad keçirilib.
9 May Qələbə günü ilə bağlı tədbir Prezident Vladimir Putinin Kreml Sarayının xarici divarındakı Əbədi Atəş abidəsinə çiçəklər qoymasından sonra başlayıb.
Sonxeber.az