İkinci dalğanın başlayacağı tarix açıqlandı - ÜST-dən xəbərdarlıq

DÜNYA
18:55 / 19.06.2020
2495

Payız aylarında koronavirus pandemiyasının ikinci dalğası gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

ÜST-ün Avropa Bürosunun nümayəndəsi Hens Kluqe bildirib ki, bütün ölkələr dərhal yoluxma və yoluxmaların izlənməsi mövzusunda dərhal addımlar atmalıdır. Sürətli və effektiv test, izolyasiya məsələlərində ciddi tədbirlər görülməlidir.

Bu müddət ərzində təşkilat karantin tədbirləri, yoluxmaların təqibinin birləşdirilməsi üzərində çalışacaq.

Rəsmi nümayəndə payızdakı dalğasını mövsümi qrip virusu ilə müqayisə edib.

5