Məscidlər ibadətə açılır - Məkkədə 

DÜNYA
21:10 / 19.06.2020
1625

Səudiyyə Ərəbistanı Məkkə şəhərində, yeni tip karonaviris tədbirləri çərçivəsində 3 ay əvvəl ibadətə bağlanılan məscidləri bazar günü açacaq.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərdəki 1560 məscidin ibadətə açılması üçün hazırlıq işləri görülür.

Cərgələr və namaz qılanlar arasında geniş məsafə saxlanacağı, birdəfəlik səccadələrdən istifadə olunacağı bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı mayın 31-də, iki aylıq aradan sonra Məkkə istisna olmaqla ölkənin digər məscidlərini ibadətə açmışdı.

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ölkədə indiyə kimi 145991 nəfər koronavirusa yoluxub. Virusdan ölənlərin sayı isə 1139 nəfərə çatıb.

0