Türkiyə ilk dəfə olaraq orta mənzilli raketlərin mühərrikini nümayiş etdirib.
Təqdimatda ölkənin sənayye və texnologiya naziri Mustafa Varank və digər rəsmilər iştirak ediblər.
Nazir ağır silahların istehsalının Türkiyə üçün tarixi və hərbi əhəmiyyətlərindən danışıb.
TEI-TJ300 raket atan qurğunun bir sıra özəlliklərinin olduğunu deyən M.Varank korpusun bütün detallarının Türkiyədə istehsal olunduğunu bildirib.
Teleqraf.com