İspaniya 98 gündən sonra fövqəladə vəziyyəti ləğv etdi

DÜNYA
10:12 / 21.06.2020
1105

İspaniyada COVİD-19-la bağlı 14 martda elan edilən fövqəladə vəziyyət 98 gün sonra başa çatır.

Bu barədə İspaniya Baş naziri Pedroz Sançez xalqa çağırışında deyib.

O bildirib ki, İspaniyada fövqəladə vəziyyət bu gecə ləğv ediləcək:

“Bəzi araşdırma şirkətlərinin məlumatına əsasən, fövqəladə vəziyyətin sayəsində İspaniyada 450 min, Avropada 3 milyon insanın həyatı xilas edildi. Buna baxmayaraq, virus hələ də aramızdadır və ikinci dalğa bizi təkrar vura bilər”.

0
Axar.az