İspaniyada koronavirus pandemiyası ilə əlaqədar 14 mart tarixində elan edilən fövqəladə vəziyyət sona çatıb.
Cebhe.info xəbər verir ki, fövqəladə vəziyyətin sona çatması ilə turizm mövsümü də açılıb. Bu gündən etibarən şengen bölgəsindən və İngiltərədən turistlər İspaniyaya gedə biləcəklər. Turistlərin İspaniya hava limanlarında temperaturları ölçüləcək. Turistlərə daha öncə virusa yoluxub-yoluxmadıqları və harada qalacaqları ilə bağlı suallar veriləcək.
Qeyd edək ki, İspaniyanı normalda il ərzində 80 milyon turist ziyarət edir və turizm sektorunun ölkənin büdcəsindəkı payı 12 faizdən çoxdur.