Türkiyənin Çanaqqala şəhərində 3000 ildən bir yaşanan təbiət hadisəsi baş verib.
Primetime.az xəbər verir ki, ailəsi ilə birlikdə gilas toplayan 18 yaşlı Zeynəb Ayhan adlı gənc qız dincəlmək üçün ağacların kölgəsinə uzanıb. Yarpaqlara diqqətlə baxan qız gördükləri qarşısında çox həyəcanlanıb. Belə ki, yarpaqların birinin üzərində çiçək açdığını görüb. Bu, Buddist inancına görə, 3 min ildə bir açan "udumbara" çiçəyidir.
"Youtan poluo" olaraq bilinən udumbara çiçəyi 3 min ildə bir açır. Udumbara keçmiş hind dilində "Cənnətdən gələn xeyir" olaraq adlandırılıb.
Primetime.az