Gürcüstan Parlamenti seçki sistemi ilə əlaqədar konstitusiyaya dəyişikliklər paketini birinci dinləmədə qəbul edib.
Gürcüstan mətbuatı xəbər verir ki, 113 deputatın dəstəyinə ehtiyac duyulan qanun layihəsinə, Parlamentin 136 üzvü lehinə, 5 üzvü isə əleyhinə səs verib.
Qanun layihəsi əsasən, 2020-ci il Parlament seçkilərinin qarşıq sistem əsasında, 120 proporsional, 30 majoritar olmaqla keçiriləcək. Siyasi partiyaların Parlamentdə təmsil edilmələri üçün, 1%-lik barieri keçmələrinə ehtiyyac var.
Bundan əlavə, seçkilərdə 40,54%-dən az səs toplayan partiya, tək başına hökuməti formalaşdıra bilməyəcək.
1%-lik barieri keçməyən partiyaların mandatları isə Parlamentdə bariyeri keçən və ən çox səs toplayan partiya və bloklar arasında bölüşdürüləcək.
Publika.az