Alimlər təsdiqlədi - Koronavirusdan ölən insanlar...

DÜNYA
21:33 / 22.06.2020
1455

Koronavirus infeksiyası qurbanlarının əksəriyyəti ikinci qan qrupu olan insanlardır.

Publika.az xəbər verir ki, bu barədə iranlı alimlər açıqlama yayıb. “MedRxiv” portalına yerləşdirilən məqalədə qeyd edilir ki, Çin tibb müəssisələrinin mütəxəssisləri, Kolumbiya Universiteti və İran universitetlərinin alimləri xəstəliyin ağır formasının qan qrupundan asılılığını öyrənmək üçün araşdırma aparıb. Üç tədqiqatın müəllifləri də bu nəticəyə gəlib ki, ikinci qan qrupu olan insanlar COVID-19-a daha çox yoluxur.

Mütəxəssislər birinci qan qrupunun koronavirusa qarşı ən az həssas olduğunu bildirib. İkinci qan qrupu olan insanlarda isə koronavirusun daha ağır forması aşkar edilir.

COVID-19-dan ölən xəstələr arasında birinci qan qrupundan olanlar daha azdır. Üçüncü və ya dördüncü qan qrupu olan insanlar birinci qan qrupu olan xəstələrə nisbətən ağırlaşmalara daha çox, lakin ikinci qan qrupu olanlara nisbətən daha az meyllidir.

Rusiya Federal Biomedikal Agentliyinin rəhbəri Veronika Skvortsovanın sözlərinə görə, plazma ilə antikorlarla müalicə edərkən xəstə və donor eyni qan qrupuna sahib olmalıdır.

 

0