Beynəlxalq ictimaiyyət Moskvaya təzyiq etməlidir ki, Ukraynadan 2014-cü ildə aldığı əraziləri geri qaytarsın.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O, Rusiya Prezidenti Vladimir Putinə güvənib-güvənməyəcəyini müəyyən etmək üçün zamanının olmadığını bildirib:
“Ukraynaya Kremllə danışıqlarda möhkəm dayanmaq üçün beynəlxalq müttəfiqləri lazımdır”.