Sabiq prezidentə 11 il həbs cəzası verildi

DÜNYA
21:24 / 23.06.2020
1231

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevə 11 il 2 ay həbs cəzası verilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun vəkili məlumat verib. O, korrupsiya və kriminal avtoritet Əziz Batulkayevin qaunsuz həbsdən azad edilməsində ittiham edilib.

Qeyd edək ki, Atambayev 2019-cu ilin avqustunda iqamətgahında saxlanılıb. Onun həbsi iğtişaşlar və yaşadığı evə hücumla müşahidə edilib. Atambayev 2011-2017-ci illərdə ölkəyə rəhbərlik edib.

Camal

0