Rusiyada yaşayan azərbaycanlı bloqer həbs edilə bilər

DÜNYA
19:55 / 23.06.2020
1250

Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənova ödəmədiyi cərimələrə görə 13 protokol tərtib olunub.

Bu barədə “Mash” “Telegram” kanalı xəbər yayıb.

Xatırladaq ki, bloqer iyunun 19-da “Rolls Royse Cullinan” markalı avtomobilində saxlanılıb. Həmin maşının axtarışda olduğu deyilir. Bloqer maşına “Lamborghini” markalı digər avtomobilinin nömrə nişanını vurubmuş.

Bloqer, həmçinin, bu ayın 9-da avtomobilinin dövlət nömrə nişanını gizlətdiyinə görə üç aylıq sürücülük hüququndan məhrum edilib.

Sadalanan hallarla bağlı tərtib olunmuş protokollar məhkəməyə göndəriləcək. Bundan sonra cərimələrin iki mislinə vurulması, yoxsa həbs olunması barədə qərar veriləcək.

0
Oxu.az