Türk Hava Yolları yeni uçuş planını açıqlayıb.
Siyahıda sabiq SSRİ ölkələri, hətta yoluxmanın həddən artıq çox olduğu, dünyada bu saya görə 3-cü yerdə dayanan Rusiya da var.
Plana əsasən, Alma-Atıya iyun ayının sonuna qədər həftədə 3, gələn aydan etibarən isə 5 uçuş, Aşqabada 22 iyuldan etibarən həftədə 3 uçuş, Bişkekə 18 iyuldan etibarən həftədə 2 uçuş, Düşənbəyə 1 iyuldan etibarən həftədə 2 uçuş, Tehrana 16 iyuldan etibarən həftədə7 uçuş, Kiyevə 1 iyuldan etibarən həftədə 7, 14 iyuldan etibarən isə həftədə 10 uçuş, Kişinyova 1 iyuldan etibarən həftədə 4 uçuş, Lvova 1 iyuldan etibarən 5 uçuş, Odessaya isə7 uçuş, Tiflisə 1 iyuldan etibarən həftədə 7 uçuş, Krosnodara 21 iyuldan etibarən həftədə 3 uçuş, Minskə iyunun sona qədər həftədə 3, 1 iyuldan etibarən isə həftədə 4 uçuş, Moskvaya 16 iyuldan etbarən həftədə 4 uçuş, Sankt- Peterburqa 16 iyuldan etibarən həftədə 3 uçuş həyata keçirəcək.
Hələlik Bakının adı plana daxil edilməyib. Ancaq bəzi dəqiqləşdirilməmiş məlumata görə, THY 29 iyuldan etibarən Bakıya da 2 reys planlaşdırır.