Zaxarova jurnalistlərə: Qızlar, siz xəstəsiniz!

DÜNYA
20:58 / 24.06.2020
1296

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova gürcü jurnalist Georgi Qabuniyanın Putini növbəti dəfə təhqir etməsinə münasibət bildirib.

XİN sözçüsü bu hadisəni gürcü jurnalistikasının isterikası adlandırıb.

“Bu yaxınlarda Sergey Lavrov gürcü jurnalistikasının isterikasını qiymətləndirmişdi. Bu, daha məqsədəuyğundur: Siz xəstəsiniz, qızlar”, - deyə Zaxarova bildirib.

Qeyd edək ki, gürcü telejurnalist Georgi Qabuniya yenidən Rusiya lideri Putinin ünvanına efirdə çox kobud ifadə işlədib.

0
Axar.az