Karantindən tribunaya: Veteranları Putinin yanına aparacaqlar

DÜNYA
12:17 / 24.06.2020
1826

Bu gün Rusiyanın 28 şəhərində faşizm üzərində qələbənin 75-ci ildönümünə həsr olunan hərbi parad keçirilir.

Səhər saatlarında başlayan parad artıq Petropavlovsk, Vladivastok, Çita, Beloqorsk, Xabarovskda keçirilib.

Əsas parad isə Moskvada Qırmızı meydanda keçiriləcək. Burada piyadalar və texnikanın parad keçidi olacaq, aviasiya və quru qoşunları nümayiş etdiriləcək.

Paradda bir sıra ölkələrin rəhbərləri iştirak etsə də, Azərbaycan Prezidenti İlham Əliyev koronavirusla bağlı ölkədə yaranmış vəziyyətə görə Moskvaya getməyib.

Tribunada Putinlə yanaşı 80-a yaxın müharibə veteranı da paradı izləyəcək. Onların parada maskasız baxmasına imkan yaradılacaq. Paraddan əvvəl veteranların bir neçə gün Moskva ətrafındakı sanatoriyalardan birində karantində saxlanıldığı bildirilir. Bu vasitə ilə Putinin virusdan mühafizəsi təşkil edilib.

 

0
Cebhe.info