Aylar sonra Türkiyədə camaatla ilk sübh namazı qılındı - FOTO

DÜNYA
13:00 / 24.06.2020
1361

Diyanət İşləri İdarəsinin başçısı Əli Ərbaşın maska ​​və məsafə qaydalarına əməl edərək 5 vaxt namazın məscidlərdə camaatla qılına biləcəyi qərarından sonra bu səhər İstanbulda ilk sübh namazı qılınıb.


Türkiyə mətbuatı xəbər verir ki, Ərbaş bu barədə sosial şəbəkə vasitəsilə məlumat yayıb. Bu xəbərdən sonra məscidlərdə sabah namazı üçün hazırlıqlar görülüb. Eyyub Sultan məscidinə gələn vətəndaşlar özləri ilə səccadə gətiriblər. Məscidin təmizlik üçün nəzərdə tutulan yerləri isə bağlı olub.

Qeyd edək ki, Dini İşlər İdarəsi tərəfindən yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində 16 martdan etibarən məscidlərdə kütləvi ibadətlər qadağan edilmişdi. Ancaq, 29 mayda verilən qərarla İstanbuldakı məscidlərdə cümə namazının qılınmasına icazə verilmişdi.

Aygün Zayıdova

0
Yeniavaz.com