Qırğızıstan Prezidenti də koronavirusa yoluxub?

DÜNYA
19:29 / 24.06.2020
1161

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov koronavirusa görə Moskvada hərbi paradda iştirak edə bilməyib.

Prezident Moskvaya gəldikdən sonra onu müşayiət edən nümayəndə heyətindən iki nəfərdə virus aşkar edilib.

Bununla əlaqədar olaraq, S.Jeenbekov parada qatılmamaq qərarı alıb.

Həmin şəxslərin sağlamlıq vəziyyəti barədə ətraflı məlumat verilməyib.

0
Trend.az