ABŞ prezidenti Donald Tramp, ölkəsində yeni koronavirusun (Covid-19) yayılmasına baxmayaraq, əyalət qubernatorlarının məktəbləri açmalı olduqlarını bildirib.
Hit.Az xəbər verir ki, Ağ Evdə Kolorado və Şimali Dakota qubernatorları ilə görüşdən sonra jurnalistlərə danışan Tramp fikrini belə əsaslandırıb: “ABŞ-da Covid-19 testlərinin ümumi sayı 10 milyonu keçib. Qubernatorlar mütləq məktəblər açmalıdırlar. Çünki virus gənclərə az təsir edir. 65 yaşdan yuxarı müəllimlər özlərini qorumaq istəyə bilər, amma düşünürəm ki, məktəblər tezliklə mütləq açılmalıdır”.
Tramp, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Faucinin açıqlamasını qəbul etmədiyini dilə gətirib: “Fauci hər yerdə oynamaq istəyir. Məktəblərin açılmaması üçün onun cavabı qəbuledilməzdir".
Qeyd edək ki, Entoni Fauci dövlətin virusa qarşı tədbirlərə erkən yekun vurmasının daha çox insanın ölümünə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.