ABŞ Nümayəndələr Palatası polisin həddən artıq güc tətbiq etməsini qadağan edən qanun layihəsini təsdiqləyib.
Cebhe.info-nun xarici mətbuata istinadən xəbərinə görə, qanun layihəsinin respublikaçıların çoxluq təşkil etdiyi Senatdan keçməsi gözlənilmir.
Respublikaçı senatorların özlərinin müvafiq qanun layihəsi təqdim etmələri gözlənilir.
"Corc Floyd üçün Ədalət və Polis Qanunu" layihəsi Nümayəndələr Palatasında tərəfindən 181 nəfər əleyhinə 236 nəfər lehinə olmaqla qəbul edilib. Respublikaçılar Partiyasının üzvlərinin ümumilikdə etiraz etdikləri layihəyə üç respublikaçı deputatın dəstəyi diqqət çəkib.
Layihədə polis təşkilatının ölkə daxilində yenidən qurulması, hər cür boğucu müdaxilələrinin qadağan edilməsi, qəfil ev basqınlarına son qoyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə edən polislərin vəzifəsindən uzaqlaşdırılması nəzərdə tutulur.
Nümayəndələr Palatasının təmsilçisi Nensi Pelosi jurnalistlərə açıqlamasında qanun layihəsinin zorakılığa meyilli polisləri cəzalandırmaq, polis mədəniyyətini zorakılıq və sistemli irqçilikdən azad etmək məqsədi daşıdığını bildirib.
Xatirə
Cebhe.info