"ÜST böyük səhv buraxıb" - İsveç

DÜNYA
11:13 / 27.06.2020
1223

İsveç höküməti ÜST-nin koronavirusun sürətlə yayılması ilə bağlı açıqladığı ölkələr siyahısına iradını bildirib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə İsveç Krallığının baş epidemioloqu Anders Tegnell açıqlama verib. Onun sözlərinə görə ÜST İsveçdə koronavirusla bağlı məlumatları təhrif edib. O ölkədəki yoluxma sayının artmasının, koronavirusun geniş yayılması ilə yox, test sayının artması ilə əlaqəli olduğunu bildirib:

"ÜST böyük bir səhv edib. Bu İsveçin koronavirusla bağlı məlumatlarını təhrif etməkdir".

Bununla yanaşı ekspert, ölkədə ağır koronavirus xəstələrinin və ölüm hallarının sayı da tədricən azalmaqda olduğunu, və bunun daha vacib göstərici olduğunu bildirib.

Qeyd edək ki, bu yaxınlarda ÜST-nin yayımladığı hesabatda 11 il ölkədə koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə bağlı məlumat verilmişdi.

0