“Netflix"də bəzi tənqidçilər tərəfindən "təcavüz fantaziyası" olaraq xarakterizə edilən Polşa istehsalı film bir çox ölkədə ən çox izlənən film sırasına daxil olub.
7 iyunda yayımlanan "365 Days" adlı erotik film 25 iyundan etibarən Avstraliya, Avstriya, Bolqarıstan, Çexiya, Misir, Finlandiya, Almaniya, İsrail, İtaliya, Norveç, Rumıniya, Rusiya, Slovakiya, İspaniya, İsveç, İsveçrə və BƏƏ-də izləməyə görə ilk sırada dayanıb.
Bildirək ki, film ABŞ və Türkiyədə ən çox izlənən ikinci filmdir.
Yenisabah.az