Kremldən şok təlimat: “Öldürün”

DÜNYA
18:41 / 27.06.2020
1560

Rusiya Taliban militanlarına ABŞ hərbçilərini öldürmək üçün pul təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzetində dərc olunan məqalədə bildirilib.

Nəşrin ABŞ kəşfiyyatından əldə etdiyi məlumata görə, Rusiya xüsusi xidmət orqanları “Taliban” militanlarına Əfqanıstandakı Amerika hərbçilərini öldürmək üçün pul təklif edib.

Məqalədə məlumatın ABŞ hərbçiləri tərəfindən ələ keçirilən bir Taliban üzvündən alındığı bildirilib. Qeyd edilib ki, məxfi məlumat Prezident Donald Tramp və ABŞ Milli Təhlükəsizlik Şurasına çatdırılıb.

Məsələnin nota şəklində rəsmi Moskvanın diqqətinə çatdırılacağı və bu səbəbdən əlavə sanksiyaların gündəmə gələcəyi iddia olunub.

Qəzet qeyd edib ki, ABŞ hökuməti Rusiyanın Talibanla aparılan sülh danışıqlarını pozmaq üçün hərəkətə keçməsindən narahat olub.

Məlumatda Taliban militanlarına pul təklif edən rus kəşfiyyat qrupunun İngiltərədə keçmiş agent Sergey Skripal və qızı Yuliyanı zəhərləməkdə ittiham olunan qurumla işbirliyində olduğu da diqqətə çatdırılıb.

0