ABŞ-lı gənc qız yarım əsrdir həll olunmayan riyaziyyat problemini bir həftədən az bir müddətdə həll edərək, adını tarixə yazdırıb.
Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, tibb təhsili alan Lisa Piccirillo həll etdiyi “Convay Node” problemi ilk dəfə 1970-ci ildə İngilis riyaziyyatçısı John Horton Convay tərəfindən gündəmə gətirilib.
Gənc qızın problemi həll etməsi Texas Universitetinin professoru, riyaziyyatçı Cameron Gordonu çox həyacanlandırıb. Lisa Pissirillonun həll sakit formada ona təqdim etməsi onu təəccübləndirib. O, "niyə daha çox həyəcanlanmırsan?", - deyə qışqırıb.
Elmi xəbər saytına yeniliklə bağlı açıqlama verən professor gənc qızın problemin nə qədər qədim və məşhur olduğunu bildiyinə şübhə etdiyini qeyd edib.