“Avito” elanlar servisində Rusiya Prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilən köynək satışa çıxarılıb.
Satıcı 48-50 (XL) ölçüdə olan köynəyin Nijniy Novqorodda “Sheraton” hotelində unudulduğunu bildirir.
Qeyd edilir ki, o, aşkar olunduqdan sonra yuyulmayıb.
Müəllif hətta köynəyi ekspertizaya da verməyə hazırdır. O, artefaktı 165 000 rubla (Azərbaycan ekvivalentində 4016 AZN) satışa çıxarıb.
Unikal.org