Trampın bu cümləsinə görə Zukerberq milyardlar itirdi

DÜNYA
09:02 / 29.06.2020
1205

ABŞ-da onlarla şirkət Prezident Donald Trampın şiddət məzmunlu paylaşımını silmədiyinə görə "Fcabook"la reklam anlaşmasını dayandırıb.

Şirkətlərin bu addımı "Facebook"un sahibi Mark Zukerberqin 7,2 milyard dollar itirməsinə səbəb olub.

Zukerberqin sərvətinin 82,9 milyarda düşdüyü və "dünyanın ən varlı insanları" siyahısında 4-cü pilləyə endiyi bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkədə baş verən etiraz aksiyaları zamanı "lazım gələrsə, atəş açacağıq" yazmışdı. Milyonlarla insan "Facebook"un bu paylaşımı silməsini istəsə də, şirkət həmin cümlənin qaydalara zidd olmadığını bildirmişdi.

0
Axar.az