Oksford Universitetinin tədqiqatçıları son araşdırmalarında karantin və müəyyən bir yerdə qalmağın immunitet sistemini zəiflətdiyini müəyyən ediblər.
Tədqiqatçılar son zamanlar uzunmüddətli karantinin immunitet sistemini zəiflədə biləcəyini və insanları təhlükəli viruslara qarşı daha həssas hala gətirə biləcəyini müəyyən ediblər.
Tədqiqatçı Santra Qupta verdiyi açıqlama zamanı bildirib ki, uzun müddət davam edən karantin və həddindən artıq sosial məsafə səbəb olur ki, insanlar mikroblarla tanış olmasın və yeni virusların qarşısında müdafiəsiz qalsın.
Oksford tədqiqat qrupu koronavirusun İngiltərəyə dekabr ayında gəldiyini iddia edir. Universitetdəki bir epidemioloq da uzunmüddətli karantinin orqanizmin immunitet sistemini zəiflədə biləcəyini və insanları gələcək epidemiyalara məruz qoyacağını xəbərdar edib.
Tədqiqatçılar zəifləmiş immunitet sistemlərinin virusun inkişaf riskini həm də xəstəliyin şiddətini artırdığını təsbit ediblər.
Mənbə: FNA