Ukraynada 3 Azərbaycan vətəndaşı saxlanıldı - FOTO

DÜNYA
11:12 / 29.06.2020
1234

Ukraynanın Dnepr əyalətində 3 Azərbaycan vətəndaşı polis tərəfindən saxlanılıb.

Ukrayna KİV-i xəbər verir ki, onlar yaşlı ailənin evinə basqın etməkdə təqsirləndirilirlər. Belə ki, iyunun 26-dan 27-nə keçən gecə, onlar 78 yaşlı kişinin və 81 yaşlı qadının yaşıdığı evə daxil olaraq yaşlı ailəni bıçaqla hədələyiblər. Daha sonra onlar qocaların əllərini bağlayıb, pullarını, zinət əşyalarını və “VAZ” markal avtomobili oğurlayaraq qaçıblar.

Əməliyyat tədbiri zamanı polis əməkdaşları cinayəti törədən Krivoy Roq sakinləri, 29, 34 və 37 yaşlı 3 nəfəri saxlayəb. Onların Azərbaycan vətəndaşı olduqları və Ukraynada daimi yaşamaq icazəsi aldıqları müəyyən edilib. Oğurlanan əşyalar geri götürülüb. Faktla balı cinayət işi açılıb, istintaq aparılır.

Soyğunçuları əmlakın müsadirə olunması ilə birlikdə 7 ildən 12 ilədək həbs cəzası gözləyir.

0
Qafqazinfo.az