Sərhədlər hansı şərtlərlə açılacaq? - ÜST açıqladı

DÜNYA
19:39 / 29.06.2020
1397

Pandemiyanın yayılmasının qarşısını almaq səbəbiylə sərhədlər təxminən dörd aylıq bağlansa da, Avropa hələ də xarici vətəndaşları qəbul etməyə hazır deyil.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa ölkələri sərhədləri Avropa Komissiyası tərəfindən tövsiyə edildiyi kimi, iyulun 1-də açacaq. Ancaq dünyada koronavirusun yeni dalğasının yayılması səbəbindən hər kəsə icazə verilməyəcək. Vətəndaşlarının AB ölkələrinə baş çəkməsinə icazə verilən ölkələrin siyahısı tərtib edilib. Rusiya bu siyahıya daxil deyil.

“Ölkələrin tətbiq etdiyi məhdudiyyətlər onların suveren hüququdur. Əlbəttə ki, izləyəcəyik, amma indi heç kim bu mövzuda tövsiyə vermir, çünki praktiki olaraq virus hələ də hər yerdə hərəkət edir” , - ÜST-ün Rusiyadakı rəsmi nümayəndəsi Melita Vujnoviç bildirib.

ÜST rəsmisi qeyd edib ki, xəstəliyin yayılmasını azaldan ölkələr infeksiyanın gətirilməsindən məntiqi şəkildə qorxurlar. Odur ki, sərhədlərin açılması yalnız hər kəs üçün təhlükəsiz olduqda mümkün olacaq. Hərçənd uğurlu epidemioloji vəziyyəti olan ölkələr artıq turist mübadiləsi təşkil edirlər. Latın Amerikasında və ABŞ-da olduğu kimi, sərhədlərin vaxtından əvvəl açılması yeni ocaqlara yol aça bilər. Bununla belə, dünyada turizmin bərpası ilə bağlı danışıqlar aparılır.

“ÜST bunun üzərində çox çalışacaq. Əlbəttə ki, xüsusi rejimdə, video konfrans vasitəsilə çox sayda nazirliklərarası görüşlər var, ümid edirik ki, yaxın zamanda vəziyyət əvvəlki qaydasına düşəcək” - ÜST rəsmini qeyd edib

0