ÜST-dən koronavirusla bağlı yeni AÇIQLAMA

DÜNYA
09:13 / 30.06.2020
1440

Bəzi dövlətlərdə vəziyyətin yaxşılaşmasına baxmayaraq, COVID-19 pandemiyasının dünyada yayılması sürətlənir.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus deyib.

“Bəzi ölkələr öz iqtisadiyyatlarını bərpa etmək və ictimai həyata qayıtmaq ərəfəsində yüksək yoluxma halları ilə üzləşiblər. Əksər insanlarda virusa həssaslıq qalmaqdadır. Onun geriyə qayıtması üçün hələ də ehtimallar var. Acı reallıq ondan ibarətdir ki, vəziyyət hələ də tənzimlənməyib”, - deyə təşkilat rəhbəri bildirib.

0
Apa.az