Rusiya ilə bağlı kritik qərar verildi: 2021-ci ilin yanvarın sonunadək...

DÜNYA
20:30 / 30.06.2020
1607

Avropa Birliyi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaları daha 6 ay - 2021-ci il yanvarın 31-dək uzadıb.

Bu barədə Avropa Birliyi Şurasının yaydığı bəyanatda bildirilib.

Sanksiyaların müddətinin uzadılması ilə bağlı siyasi qərar Avropa Birliyi liderləri tərəfindən 17-18 iyun tarixlərində keçirilən onlayn sammitdən sonra verilib.

Ukraynanın Krım bölgəsinin Rusiya tərəfindən işğal edilməsindən sonra - 2014-cü ilin iyul ayının sonunda Avropa Birliyi neft, bank və müdafiə sektorları da daxil olmaqla 15 rus şirkətinə iqtisadi sanksiyalar tətbiq edib.

Məhdudlaşdırıcı tədbirlər dəfələrlə genişləndirilib və uzadılıb. Buna cavab olaraq Rusiya AB ölkələrindən bir sıra ərzaq məhsullarının idxalına qadağa qoyub. 2015-ci ilin martında AB Rusiyaya qarşı sanksiyaların ləğvini Minsk razılaşmalarının tam yerinə yetirilməsi ilə əlaqələndirmək qərarına gəlib. O vaxtdan bəri “Norman formatı”nın üzvü olan Almaniya və Fransa ildə iki dəfə AB-nin sammitlərində Minsk razılaşmalarının icrası ilə bağlı hesabat verirlər.

0
Teleqraf.com